Kateqoriyasız

“Qarabağ” kubok üçün Bakını bu gün tərk edir

“Qarabağ” bu gün Bakını tərk edəcək.

İdmanxeber.com klubun saytına istinadən xəbər verir ki, Azərbaycan Kubokunun final mərhələsində “Neftçi” ilə qarşılaşacaq komanda Qəbələyə yollanacaq.

Bugün bazasındakı stadionda səhər məşqi ilə kifayətlənən ağdamlılar sabaha 1 məşq planlaşdırıb.

“Qarabağ” – “Neftçi” oyunu iyunun 3-də saat 21:00-da “Qəbələ şəhər” stadionunda baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43