İdman

“Qarabağ” – “Kukesi” matçının biletləri artıq satışda!

Çempionlar Liqasında II təsnifat  mərhələsinin cavab oyununda “Qarabağ”ın qarşılaşacağı “Kukesi”ylə matçın biletləri artıq satışa çıxarılıb. Biletləri aşağıda qeyd olunan satış məntəqələrindən və onlayn olaraq iTicket.az saytından əldə edə biləcəksiniz. Biletləri əldə edərkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır.

Ətraflı məlumatla iticket.az saytından tanış ola bilərsiniz.  Biletlərin qiymətləri sektorlara uyğun olaraq 1,2,3,5 və 10 manat arasında dəyişir. VİP biletlər isə 50 manatdır.

Qeyd edək ki, “Qarabağ” – “Kukesi” matçı avqustun 1-i saat 21:00-da start götürəcək.

Şatış məntəqələri:

T. Bəhramov adına Respublika stadionunun kassaları

Asan Xidmət Mərkəzləri (ASAN 1, ASAN 2, ASAN 3, ASAN 4, ASAN Sumqayıt)

Heydər Əliyev Sarayının kassası 28 Mall

Gənclik Mall

Park Bulvar (Qarabağ FK Fanshop)

M.Rəsulzadə 3 (Azərb. k/t yaxınlığı)

Bül-bül prospekti, Nizami küç. (Nizami k/t yaxınlığı)

Üzeyir Hacıbəyov küç.69x (Hökümət evinin arxası)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43