İdman

“Qarabağ” – “Kukesi” oyununa nə qədər bilet satılıb?

“Qarabağ”ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Kukesi” ilə keçirəcəyi cavab oyununa bilet satışı davam edir.

İdmanxeber.com-un klubun rəsmi Feysbuk səhifəsinə istinadən yaydığı xəbərə görə, artıq sözügedən qarşılaşma üçün 15 min bilet satılıb.

Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 21:00-da başlayacaq. Albaniyadakı ilk oyunda hesab açılmamışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43