İdman

“Qarabağ” – “Kukesi” oyununa nə qədər bilet satılıb?

Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində  keçiriləcək “Qarabağ” – “Kukesi” (Albaniya) matçına bilet satışı davam edir.

İdmanxeber.com-a klubdan verilən məlumata görə, qarşılaşmaya artıq 5 min bilet satılıb.

Qeyd edək ki, avqustun 1-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək  “Qarabağ” – “Kukesi” matçı saat 21:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43