Kateqoriyasız

“Qarabağ” La Liqadan hücumçu transfer edir

“Qarabağ” İspaniyadan futbolçu transfer edir.

İdmanxeber.az -ın məlumatına görə, Ağdam təmsilçisi La Liqada çıxış edən “Leqanes”ə məxsus Ovusu Kvabenanı heyətinə qatmağa yaxındı.

22 yaşlı forvard 2019/20 mövsümünün ilk yarısında icarə əsasında “Kordoba”da oynayıb (17 oyun, 6 qol). Artıq “Leqanes” Qana millisinin üzvünün “Qarabağ”a keçidinə razılıq verib.

Qeyd edək ki, Ovusu Kvabena ötən ildən dəvət aldığı Qana millisində 3 oyun keçirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43