Kateqoriyasız

“Qarabağ” – “Lex” matçının hakimləri açıqlandı

Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Qarabağ”la “Lex” (Polşa) arasında keçiriləcək cavab oyununun da hakimləri açıqlanıb.

İdmanxeber.az xəbər verir ki, matçı İngiltərədən olan hakimlər briqadası idarə edəcək.

İyulun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşmanın baş hakimi Endryu Medli olacaq. Ona Daniel Kukla Harri Leonard kömək edəcək. Dördüncü hakim funksiyası Simon Huperə həvalə olunub.

Qeyd edək ki, görüş saat 20:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43