18 Yanvar 2021
Kateqoriyasız

“Qarabağ” – “Linfild” oyununun biletləri satışda

“Qarabağ” Avropa Liqasının pley-off mərhələsinin cavab matçında avqustun 29-da Şimali İrlandiyanın “Linfild” klubunu qəbul edəcək.

İdmanxeber.az Ağdam təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanın biletləri bu gündən etibarən satışa çıxarılıb. Biletlərin qiymətləri sektorlar üzrə 2, 5, 10 və 50 AZN-dir.

Biletlərin satış məntəqələri:

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları

Gənclik və 28 Mall (iticket satış məntəqəsi)

Park Bulvar AVM (iticket satış məntəqəsi)

ASAN 2, 3 (Yasamal, Amay t/m)

İticket.az (onlayn)

Xatırladaq ki, “Qarabağ”ın “Linfild”lə ilk oyunu sabah keçiriləcək və Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Avqustun 29-da Bakıda olacaq matçın start fiti isə saat 20:00-da veriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

APOEL – “Qarabağ”: ehtimal 11-liklər

admin

TPL-da növbəti turun oyunları

admin

“Azərbaycan millisinə mütləq qalib gəlməliyik”

admin