Kateqoriyasız

“Qarabağ” Lüksemburqda: iki futbolçu aparılmadı (Fotolar)

Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda oktyabrın 3-ü “Düdelanj”ın qonağı olacaq “Qarabağ” Lüksemburqa çatıb.

İdmanxeber.az-ın məlumatına görə, Ağdam klubu sözügedən ölkəyə çarter reysi ilə gedib və təqribən 5 saatlıq yol qət edib.

Komandanın Lüksemburqa gedən heyətində yalnız zədəli futbolçular – Xayme Romero və Filip Ozobiç yer almayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43