Kateqoriyasız

“Qarabağ” mənfur ermənilərə qarşı döyüşən bir ordudu” – VİDEO

“Qarabağ”ın bir neçə gün öncə Ağdama səfər etməsindən xəbərdarsız.

Səfər zamanı klubun direktoru Əmrah Çəlikəl, baş məşqçisi Qurban Qurbanov və futbolçuları – Rəşad Sadıqov, Qara Qarayev, Mahir Emreli, Maksim Medvedev və Şahruddin Məhəmmədəliyevin yer aldığı heyət Ağdam şəhər icra hakimiyyətinin başçısı Vaqif Həsənov ilə görüşüb.

İcra başçısı futbolçularla söhbətində hər zaman komandanın yanında olduğunu və qazandığı uğurlarla fəxr etdiyini dilə gətirib. Vaqif Həsənova forma və futbolçuların imzalı topu hədiyyə olunub.

İcra başçısı klubun mətbuat xidmətinə “Qarabağ” haqda fikirlərini bildirib. Həmin videonu təqdim edirik…


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43