Kateqoriyasız

“Qarabağ” mənim həyatımdakı ən gözəl epizodlardan biri olacaq” – Beqoviç

“Bakı da çox gözəldir. Mən inanıram ki, “Qarabağ” mənim həyatımdakı ən gözəl epizodlardan biri olacaq”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın yeni transferi Asmir Beqoviç deyib.

Təcrübəli qolkiper Beqoviç Bosniyanın “sportsport.ba” saytına müsahibəsində “Qarabağ”a transferi sürətli alındığını bildirib:

“Başqa klublar da vardı. Amma onu deyə bilərəm ki, “Qarabağ” mənim seçimimdə ən doğru olanı idi. Komanda iddiasına görə də fərqlənir. Bu transfer mənə çox yaxşı göründü. “Qarabağ” yaxşı ənənəsi olan ciddi klubdur. Onlar həmişə titullar uğrunda yarışırlar və Avropa Liqasının qrupunda çıxış edirlər. Mən özümə olan inamımı doğrultmalıyam”.

Beqoviç bildirib ki, klubun iddiası onun qrupda çıxış etməsindən daha vacibdir: “Qrupumuzda “Sevilya”, APOEL və “Dudelanj”  da mübarizə aparır. Fikrimcə, onlarla matçda yaxşı nəticələr qazana bilərik. Amma, əlbəttə, bu, asan olmayacaq. APOEL-in “Ayaks”la necə mübarizə apardığını gördük. “Düdelanj” da keyfiyyətli komandadır”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43