Kateqoriyasız

“Qarabağ”ın II mərhələdəki potensial rəqibi bilindi – Çempionlar Liqası

Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinin püşkü atılıb.

İdmanxeber.az-ın məlumatına görə, ölkəmizi bu turnirdə təmsil edən “Qarabağ”ın I təsnifatdakı rəqibi artıq hər kəsə bəllidi.

Əgər Qurban Qurbanovun başçılıq etdiyi kollektiv II təsnifat mərhələsinə vəsiqə qazansa o zaman “Dundalk” (İrlandiya)/”Riqa” (Latviya) cütünün qalibi ilə qarşılaşacaq.

Çempionlar Liqası

II təsnifat mərhələsi

“Dundalk” (İrlandiya)/”Riqa” (Latviya) cütünün qalibi – “Partizani” (Albaniya)/”Qarabağ” (Azərbaycan) cütünün qalibi

Qeyd edək ki, I təsnifat mərhələsinin ilk oyunları 9-10 iyul, cavab qarşılaşmaları bundan bir həftə sonra keçiriləcək. 23-24 iyul və 30-31 iyul tarixlərində isə II raundun görüşləri olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43