İdman

“Qarabağ” Madriddəki məşqi

“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsində “Atletiko” ilə səfər oyunu üçün Madriddəki hazırlıq planı bəlli olub.

İdmanxeber.com-un İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Ağdam klubunun Madriddə bir məşqi olacaq. “Vanda Metropolitano” stadionunda keçiriləcək məşq oktyabrın 30-u yerli vaxtla 18:30-da (Bakı vaxtı ilə 20:30) başlayacaq.

Qeyd edək ki, “Atletiko” – “Qarabağ” görüşü oktyabrın 31-i  keçiriləcək. Bu komandalar arasında Bakıdakı ilk oyun 0:0 hesabı ilə başa çatıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43