Kateqoriyasız

“Qarabağ” matçının nəticəsinə təsir etmək istəyirəm” – “Viktoriya”nın yeni transferi

“Çempionlar Liqasının qrupuna düşmək asan deyil. Ancaq yaxşı heyətimiz, hədəflərimiz var. Məqsədimiz üçün əlimizdən gələni edəcəyik”

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın rəqibi “Viktoriya”nın yeni transferi Erik Jirka deyib. 25 yaşlı hücumçu daha sonra belə davam edib: “Komandanın ÇL iddiası bura gəlməyimdə böyük səbəb idi. Bütün futbolçuların belə imkanı olmur. “Qarabağ” matçının nəticəsinə təsir etmək istəyirəm. Trnava “Spartak”ında oynayanda avrokuboklarda iştirak etmişəm. Ancaq Çempionlar Liqası daha yüksək səviyyədir”.

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Viktoriya” görüşü saat 20:45-də start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43