Dünya futbolu

“Qarabağ” məşqlərə başladı

Çempionlar Liqasının II təsnifat mərhələsində “Samtredia”nı mübarizədən kənarlaşdıran “Qarabağ” növbəti mərhələnin hazırlıqlarına başlayıb.

İdmanxeber.com-un məlumatına görə, Ağdam təmsilçisi dünən bir məşqə çıxıb. Baş məşqçi Qurban Qurbanov komandaya öz bazalarında məşq keçib. “Samtredia” ilə matçda meydanda olan futbolçular bərpa məşqi ilə kifayətləniblər. Digər oyunçular isə əvəzedici heyətlə ikitərəfli oyun keçirib.

Qeyd edək ki, “Qarabağ”ın III təsnifat mərhələsindəki rəqibi Moldova çempionu “Şerif” olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43