20 Oktyabr 2021
Kateqoriyasız

“Qarabağ” “Milan” və “Everton”u qabaqladı

UEFA klubların reytinq sıralamasını açıqlayıb.

İdmanxeber.az-ın məlumatına görə, Avropa Liqasında qrup 3-cüsü olaraq mübarizəni dayandıran “Qarabağ” qitənin 71-ci komandasıdır. Ağdam təmsilçisi bu pilləni Kipr APOEL-i ilə bölüşür. “Qarabağ”la eyni qrupda yer alan və ikinci pilləni tutaraq növbəti mərhələyə çıxan Nikosiya klubu da 21 000 xala malikdir.

Son Azərbaycan çempionu 22 000 xala malik “Malmö”, “Partizan”, “Sent-Etyen”, “Rapid” və “Lester Siti”ni izləyir.

“Qarabağ” “Başakşəhər”, “Milan”, “Everton”, “Feyenoord” kimi klubları qabaqlayır.

Siyahıda yer alan digər Azərbaycan klubları – “Neftçi”, “Səbail”, “Keşlə”, “Zirə” və “Kəpəz” 3.750 xalla 274-cü yerə şərikdirlər.

Reytinq cədvəlinə Madrid “Real”ı başçılıq edir. “Barselona” 2-ci, “Bayern” 3-cüdür.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Neftçi”nin oyununun vaxtı dəyişdi

admin

“Keşlə” daha iki futbolçu ilə yollarını ayırdı – rəsmi

admin

Emil Balayev “Tobol”dan ayrıldı! – RƏSMİ

admin