Kateqoriyasız

“Qarabağ” “Milan”a şərik oldu

Ötən gün Çempionlar Liqasının II təsnifat mərhələsinin başa çatmasından sonra klubların növbəti UEFA reytinqi açıqlanıb.

İdmanxeber.az-ın məlumatına görə, qitənin ən nüfuzlu klub turnirindəki təmsilçimiz “Qarabağ”ın “Şerif” üzərindəkli qələbəsi Ağdam təmsilçisinin bir neçə pillə irəliləməinə səbəb olub. Nəticədə “köhlən atılar” “Milan” (İtaliya) və “Standard”a (Belçika) çatıb və onlarla 62-64-cü yerləri bölüşür.

20,500 xala malik təmsilçimiz reytinqdə “Fənərbaxça”, “Qalatasaray” (hər ikisi Türkiyə), “Atletik”, “Selta”, “Real Sosyedad”, “Espanyol”, “Hetafe” (hamısı İspaniya), “Spartak (Rusiya), “Everton” (İngiltərə) kimi məşhur klubları geridə qoyub.

Qeyd edək ki, 427 klubun yer aldığı siyahıya “Bavariya” başçılıq edir (111,000) “Barselona” 2-ci (106,000) “Real” 3-cüdür (105,000)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43