Kateqoriyasız

“Qarabağ” “Milan”ı qabaqladı – UEFA reytinqi

Avropada klubların 2018/2019 mövsümü üçün reytinq cədvəli açıqlanıb.

İdmanxeber.az-ın məlumatına görə, sıralama komandaların son 5 mövsümdə avrokuboklardakı çıxışına görə müəyyənləşib.

Ölkəmizdə ən yaxşı göstərici “Qarabağ” məxsusdu. 70-ci pillədə qərarlaşan Ağdam klubu bu göstərici ilə “Milan”, “Feyenoord”, “Lester Siti”, “Real Sosyedad” və “Trabzonspor” kimi komandaları qabaqlayıb.

Digər klublarımızdan “Qəbələ” 173 (6,250 xal), “Keşlə” 273 (3000), “Neftçi” 274 (3,250), “Zirə” 275 (0,500), “Kəpəz” isə 276-cı (0,500) yerdə qərarlaşıb.

Qeyd edək ki, reytinq siyahısına “Real” başçılıq edir. “Kral klubu”nun hesabında 146000 xal var. İkinci sırada 138000 xalla “Barselona” yer alır. İlk üçlüyü 128000 xalı olan “Bavariya” tamamlayır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43