Dünya futbolu

“Qarabağ” Moldovada son məşqinə çıxacaq

“Qarabağ” UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində sabah “Şerif”in qonağı olacaq. Ağdam təmsilçisi bu gün cavab matçı öncəsi son məşqinə çıxacaq.
İdmanxeber.com-un məlumatına görə, əvvəlcə Bakı vaxtı ilə saat 20:30-da baş məşqçi Qurban Qurbanov media nümayəndələrinin suallarını cavablandıracaq. Saat 21:00-da isə komanda qarşılaşmanın keçiriləcəyi “Şerif Arena”da son məşqinə çıxacaq. Məşqin ilk 15 dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.
Qeyd edək ki, “Şerif” – “Qarabağ” matçı sabah saat 21:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43