Ölkə futbolu

Dünya reytinqi – “Qarabağ” neçəncidir?

“Opta” statistika platforması dünya klublarının yeni reytinq cədvəlini açıqlayıb.

İdmanxeber.az-ın məlumatına görə, ölkəmizdən ən yaxşı göstəriciyə malik klub “Qarabağ”dır. Ağdam təmsilçisi 84,3 xalla reytinq cədvəlində “Braqa” (Portuqaliya) və “Flamenqo” (Braziliya) ilə birgə 6-cı pillədədir.

Premyer Liqamızın digər təmsilçiləri Neftçi” (76,8) 256-cı, “Sabah” (76) 287-ci, “Zirə” (72,9) 540-cı, “Qəbələ” (71,3) 693-cü, “Turan Tovuz” (66,8) 1321-ci, “Şamaxı” (66,4) 1407-ci, “Sumqayıt” (65,5) 1575-ci, “Kəpəz” (64,6) 1759-cu, “Səbail” (63,9) isə 1896-cıdır.

13 500 komandanın yer aldığı siyahıya 100 xalla “Bavariya” başçılıq edir. İkinci “Mançester Siti” (98,9),  üçüncü sırada isə “Liverpul” komandası  (95,6) qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43