21 Sentyabr 2024
Kateqoriyasız

“Qarabağ” – “Neftçi”: 10-cu duel

Bu həftə Azərbaycan kubokunda final oyunu ilə 2014/15 mövsümünə yekun vurulacaq.

İdmanxeber.com-un PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, Qəbələdə keçiriləcək qarşılaşmada ardıcıl 4-cü dəfə finala yüksələn “Neftçi” son 2 mövsümdə əldə etdiyi mükafatı qorumağa, ölkə çempionu “Qarabağ” “Qızıl dubl”a imza atmağa çalışacaq. 
Peşəkar Futbol Liqasının rəsmi internet saytı üz-üzə gələn cütlərin kubokdakı oyunlarının balansını təqdim edir.

3 iyun

Azərbaycan kuboku, final

23. “Qarabağ” – “Neftçi” – 17 oyun, +7=5-5, top fərqi 12-15

Azərbaycan futbolunda ən çox üz-üzə gələn komandaların yolları kubokda 9 dəfə kəsişib. 2 dəfə 1/8, 4 dəfə 1/4, 2 dəfə yarımfinalda üz-üzə gələn rəqiblər 2-ci dəfə həlledici qarşılaşmada görüşəcək. 19 il əvvələ təsadüf edən yeganə finalda “Neftçi” qalib gəlsə də, ümumilikdə “Qarabağ” daha çox – 5 dueldə mərhələ adlayıb. Bunların birində keçirilməli olan 2 qarşılaşma baş tutmayıb. Buna həmin vaxt “Neftçi” çempionat və kubokda mübarizəni davam etdirməkdən imtinası səbəb olub. Həmin baş tutmayan duelləri texniki nəticə kimi nəzərə alsaq, “Qarabağ” 9 duel çərçivəsindəki 17 matçda daha çox qələbə qazanıb. Top fərqində isə “Neftçi” üstündür.

1993

1/4 final

Qarabağ (Ağdam) – Neftçi (Bakı) – 2:1, 0:0

1993/94

1/4 final

Qarabağ (Ağdam) – Neftçi (Bakı)* +:-, +:-

1995/96

f6/09

1/4 final

Qarabağ (Ağdam) – Neftçi (Bakı) – 1:0, 0:0

2012/13

1/2 final

Neftçi (Bakı) – Qarabağ (Ağdam) – 2:1, 2:2

* – “Neftçi” çempionat və kubokda mübarizəni davam etdirməkdən imtina etdiyi üçün bu mərhələdə oynamayıb. Bu üzdən texniki nəticələr şərti olaraq yazılıb və top fərqində nəzərə alınmayıb.

** – neytral meydanda keçirilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43