Kateqoriyasız

“Qarabağ” – “Neftçi” finalını izləmək istəyən azarkeşlərin nəzərinə

Azərbaycan kubokunun final matçı – "Qarabağ" – "Neftçi" oyunu üçün 23 min bilet satışa çıxarılacaq.

Peşəkar Futbol Liqasından (PFL) İdmanxeber.com-a verilən məlumata görə, biletlərin qiyməti 1, 3, 5 manat arasında dəyişir. VIP biletlərin qiyməti isə 30 manatdı. 

Tofiq Bəhrəmov adına Respublika Stadionunda keçiriləcək final qarşılaşması üçün nəzərdə tutlan biletlər sabahdan satışa çıxarılacaq. 

Qeyd edək ki, mayın 25-də keçiriləcək matç saat 20:00-da başlayacaq.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43