Kateqoriyasız

“Qarabağ”, “Neftçi”, “İnter” və “Simurq” növbəti mərhələdə

Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab oyunları keçiriləcək.

İdmanxeber.com-un məlumatına görə, bu mərhələnin bütün oyunları eyni gündə baş tutacaq.

Şüvəlanda "Neftçi" AZAL-ın qonağı olacaq. İlk görüşdə hesab açılmadığından cavab matçının maraqlı keçəcəyini güman etmək olar. 

"Bakı" öz meydanında "Qarabağ"ı qəbul edəcək. Ağdam təmsilçisi ilk görüşdə rəqibinə 3:0 hesabı ilə qalib gəldiyi üçün bu oyun formal xarakteri daşıyacaq.

"İnter" Lənkəranda "Xəzər Lənkəran"ın qonağı olacaq. Öz meydanında iki cavabsız qolla qalib gələn "bankirlər" möcüzə olmayacağı təqdirdə mərhələ adlayacaq. 

Zaqatalada "Simurq" "Qəbələ" ilə münasibətlərinə aydınlıq gətirəcək. Səfərdə "Qəbələ"ni darmadağın edən "Simurq" bu üstünlüyü cavab görüşündə qorumağa çalışacaq. 

13 mart

Azərbaycan kuboku, 1/4 finalın cavab oyunları

17:00. “Xəzər Lənkəran” – “İnter” 0:3 (İlk oyun – 0:2)
Qollar: 
24' [0-1] Asif Məmmədov 74' [0-2] Arif Daşdəmirov 90' [0-3] Əfran İsmayılov 

Hakimlər: Rəhim Həsənov, Zeynal Zeynalov, Rza Məmmədov, Ömər Paşayev

“Xəzər Lənkəran” mərkəzi stadionu.

17:00. “Simurq” – “Qəbələ” 0:0

(İlk oyun – 3:0)

Hakimlər: Ramil Diniyev, Namiq Hüseynov, Kamran Bayramov, Munis Abdullayev

Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Etibar Həsənov

Zaqatala şəhər stadionu.

15:00. AZAL – “Neftçi” 0:1 (İlk oyun – 0:0)
Qol: 
19' [0-1] Julius Vobay 

Hakimlər: İnqilab Məmmədov, Vaqif Musayev, Rahil Ramazanov, Elman Musayev

Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Əliyar Ağayev

AZAL Arena.

15:00. “Bakı” – “Qarabağ” 1:4 (İlk oyun – 0:3)

Qollar: 8 ' [1-0] Mahir Mədətov ,  15' [1-1] Vüqar Nadirov 57' [1-2] Cavid Tağıye59' [1-3] Vüqar Nadirov 70' [1-4] Vüqar Nadirov 

Hakimlər: Xəlil Xəlilov, Azər Əsgərov, Mehman Mahmudov, Yaşar Abbasov

Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Orxan Məmmədov

“Bakı” FK-nın təlim-məşq bazasının stadionu.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43