Premyer Liqa

“Qarabağ” – “Neftçi” matçı canlı yayımlanacaq

Azərbaycan Premyer Liqasının 31-ci turunun bir oyunu televiziya vasitəsi ilə canlı yayımlanacaq.

İdmanxeber.com-un məlumatına görə, turun mərkəzi qarşılaşması – “Qarabağ” – “Neftçi” matçı saat 19:00-dan etibarən “İdman Azərbaycan” kanalının canlı efirində olacaq.

Qeyd edək ki, 31-ci tur aprelin 25-də start götürəcək. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43