Premyer Liqa

“Qarabağ” – “Neftçi” matçını bu 5 hakim idarə edə bilməz: prinsipial matçın hakimi Əliyev olacaq – ÖZƏL

Bazar günü keçiriləcək "Qarabağ" – "Neftçi" matçını kimin idarə edəcəyi maraqla gözlənilir.

İdmanxeber.com-un əldə etdiyi məlumata görə, Premyer Liqanın ilk iki pilləsində qərarlaşan klubların prinsipial matçını hansı hakim idarə edəcəyi səbrsizliklə gözlənilsə də, kiçik bir araşdırma ilə əlimizdə olan məlumatı da dəqiqləşdirməyə çalışdıq.

XVI turun mərkəzi oyunu olan "Qarabağ" – "Neftçi" matçı Əliyar Ağayev və Rəhim Həsənova tapışırılacağı gözlənilmir. Səbəb isə "Neftçi"nin "İnter"lə səfər matçını Rəhimovun, "Qarabağ"ın isə Zaqatala səfərindəki oyununu Ağayevin idarə etməsidir ki, eyni komandanın oyununa eyni hakim iki dəfə təyin olunması reallığa yaxın deyil.

Bu matçın yükünü qaldırmaq gücündə olmayan Orxan Məmmədov və Rauf Cabbarovun sözügedən qarşılaşmada fit çalacağını isə gözləmək olmaz.

Fariz Yusifovun isə Sumqayıtda bərbad oyun idarə etməsi səbəbindən nəki bu matça, heç bir qarşılaşmaya təyin olunmayacağını gözləmək olar. Qalır bir tək variant – Vüsal Əliyev. 

Deməli bu matçda böyük ehtimalla elə Vüsal Əliyev söz sahibi olacaq. 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43