Ölkə futbolu

“Qarabağ” – “Neftçi” matçının biletləri satışa çıxarıldı

Azərbaycan Premyer Liqasının sonuncu – 28-ci turunda keçiriləcək “Qarabağ” – “Neftçi” qarşılaşmasının biletləri satışa çıxarılıb.

İdmanxeber.az Ağdam klubunun mətbuat xidmətinə xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir.

Qapıarxası və künclərdə yerləşən sektorlar 5 manat, mərkəzi sektorlar 10 manat, VIP biletlər isə 20 manat təşkil edir.

Biletləri Iticket.az-dan və “Park Bulvar”da yerləşən “Qarabağ” Fan-Şopundan ala bilərsiniz. Oyun günü isə biletlər yalnız “Azersun Arena”da satılacaq.

Qapılar azarkeşlər üçün matçın start fitindən 90 dəqiqə əvvəl açılacaq.

Mayın 21-də “Azersun Arena”da keçiriləcək “Qarabağ” – “Neftçi” matçına 19:30-da start veriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Əl Jadeyui “Qarabağ”ın qələbəsində pay sahibi oldu, “Neftçi” uduzdu

admin

“Qarabağ”ın ilk oyununun vaxtı bilindi

admin

“İstərdik ki, ilk rəqibimiz asan olsun” – Qurban Qurbanov

admin