Kateqoriyasız

“Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlandı

Azərbaycan Premyer Liqasında 3-cü turun oyun cədvəli məlum olub.

İdmanxeber.az PFL-in saytına istinadən xəbər verir ki, turun görüşləri 2 günü əhatə edəcək. Turun mərkəzi qarşılaşması – “Qarabağ” – “Neftçi” görüşü sentyabrın 20-də, “Azərsun Arena”da keçiriləcək. Oyun 20.15-də başlanacaq.

19 sentyabr (şənbə)

17:00.“Qəbələ” – “Keşlə”
Qəbələ şəhər stadionu

19:15. “Sumqayıt” – “Səbail”
“Kapital Bank Arena”

20 sentyabr (bazar)

18:00. “Zirə” – “Sabah”
Zirə İdman Kompleksinin stadionu

20:15. “Qarabağ” – “Neftçi”
“Azersun Arena”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43