08 Sentyabr 2024
Ölkə futbolu

“Qarabağ” – “Neftçi” oyununun biletləri satışa çıxarıldı

Azərbaycan Premyer Liqasının XVII turunda keçiriləcək “Qarabağ” – “Neftçi” oyununun biletləri satışa çıxarılır.

İdmanxeber.az Ağdam təmsilçisinin rəsmi feysbuk səhifəsinə istinadən xəbər verir ki, azarkeşlər biletləri bu gün iticket.az-da əldə edə biləcəklər.

Qiymət sektorlara uyğun olaraq 3, 7 və 15 manat təşkil edir.

Qeyd edək ki, dekabrın 18-də Tofiq Bəhramov adına Respublika Stadionunda reallaşacaq qarşılaşma saat 20:00-da başlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43