18 Oktyabr 2024
Ölkə futbolu

“Qarabağ” – “Neftçi” oyununun biletləri satışa çıxarılıb

Misli Premyer Liqasının 17-ci turunda keçiriləcək “Qarabağ” – “Neftçi” oyununun biletləri satışa çıxarılır.

İdmanxeber.az klubun sosial şəbəkə hesabına istinadən xəbər verir ki, azarkeşlər biletləri bu gün iticket.az-da əldə edə biləcəklər. Qiymət sektorlara uyğun olaraq 3, 7 və 15 manat təşkil edir.

Dekabrın 18-də Tofiq Bəhramov adına Respublika Stadionunda reallaşacaq qarşılaşma saat 20:00-da başlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43