Kateqoriyasız

“Qarabağ” – “Neftçi” oyununun hakimi və heyətləri müəyyənləşdi

“Neftçi” və “Qarabağ”ın veteranları arasında keçiriləcək oyunun vaxtı və komandaların heyətləri bəlli olub. 

“İdman Azərbaycan” kanalı vasitəsilə canlı yayımlanacaq qarşılaşma sabah saat 18:00-da Qəbələ şəhər stadionunda başlayacaq.

Azərbaycan Kubokunun final qarşılaşmasından öncə hər iki komandanın veteranları arasında şou xarakterli görüş təşkil ediləcək. Bu matçda 1996-cı ildə adıçəkilən komandaların formasını geyinmiş və finalda iştirak etmiş oyunçular meydançaya ayaq basacaqlar. 1996-cı ildəki kimi, yenə qarşılaşmanı keçmiş hakim Tahir Süleymanov idarə edəcək. Ona Sabir Hacıyev və Azad Hüseynov köməklik edəcəklər.

Veteranlar üçün xüsusi formalar da hazırlanıb. Belə ki, həmin formalarda onların adları və 1996-cı ildəki nömrələri yazılıb. Həmçinin PFL tərəfindən veteranlara xüsusi hədiyyələr də təqdim ediləcək.

O ki qaldı heyətlərə, dəvətlilərdən yalnız Vyaçeslav Lıçkin oyunda iştirak edə bilməyəcək. Ondan fərqli olaraq, Rusiyada yaşayan Rasim Abuşov və Almaniyada məskunlaşan İlham Məmmədov artıq Bakıya gəlib.

Veteranlardan ibarət komandaların heyətləri belədi:

“Qarabağ”: Cəmaləddin Əliyev, Səttar Əliyev, Elşad Əhmədov, Aslan Kərimov, Təbriz Həsənov, Vadar Nuriyev, Emin Salmanov, Yaşar Hüseynov, Tərlan Əhmədov, Müşfiq Hüseynov, Nazim Əliyev, Elmir Xankişiyev, Elşad Xudadatov, Zaur Qarayev, Mahir Əliyev, Kənan Kərimov, Mehman Alışanov.

“Neftçi”: Elxan Həsənov, Arif Əsədov, Mehman Yunusov, Vidadi Rzayev, Mais Əzimov, Rasim Abuşov, Yunis Hüseynov, Yaşar Vahabzadə, İlham Məmmədov, Samir Ələkbərov, İlham Yadullayev, Aydın Ələkbərov, Füzuli Məmmədov, Xaqani Məmmədov, Əli Abuşov, Bəxtiyar Musayev.

(Apasport.az)

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43