Ölkə futbolu

“Qarabağ” – “Neftçi” oyununun hakimləri açıqlandı

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVII turun təyinatları bəlli olub.

İdmanxeber.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, FIFA referilərindən Elçin Məsiyev “Turan Tovuz” – “Zirə”, Rauf Cabarov “Səbail” – “Qəbələ” matçını idarə edəcək.

“Qarabağ” – “Neftçi” görüşü isə Rəvan Həmzəzadəyə tapşırılıb.

Azərbaycan Premyer Liqası

XVII tur

14 dekabr (cümə axşamı)

15:30. “Kəpəz” – “Sumqayıt”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Cəmil Quliyev, Kamranbəy Rəhimov.
VAR: Rəşad Əhmədov.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Tovuz şəhər stadionu

15 dekabr (cümə)

15:00. “Araz-Naxçıvan” – “Sabah”
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Teymur Teymurov, Əli Əliyev.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
“Dalğa Arena”

13:00. “Səbail” – “Qəbələ”
Hakimlər: Rauf Cabarov, Müslüm Əliyev, Asiman Əzizli, Emin Əliyev.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Anar Şixəliyev.
“ASCO Arena”

16 dekabr (şənbə)

18:00. “Turan Tovuz” – “Zirə”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Rahil Ramazanov, Kamran Əliyev.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Elman Musayev.
Tovuz şəhər stadionu

18 dekabr (bazar ertəsi)

20:00. “Qarabağ” – “Neftçi”
Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Vüsal Məmmədov, Kamal Umudlu.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev.
Tofiq Bəhramov adına Respublika Stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43