Ölkə futbolu

“Qarabağ” “Neftçi” rəqəmlərin gözü ilə

Turun mərkəzi qarşılaşmasına doğru.

İdmanxeber.az-ın məlumatına görə, Topaz Premyer Liqasının III turunda ölkənin iki köklü komandası olan “Neftçi” ilə “Qarabağ”  üz-üzə gələcək. Bu günə kimi 72 dəfə qarşı-qarşıya gələn tərəflərdə qələbə üstünlüyü Ağdam təmsilçisindədir. Oynanan görüşlərin 26-da “Qarabağ”, 19-da isə “Neftçi” meydandan qələbə ilə ayrılıb. Geridə qalan 26 matçda isə komandalar xalları bölüşüblər. 

Bütün çempionatların iştirakçısı olan iki komanda 73-cü dəfə üz-üzə gələcək. Son 3 matçda 1-dən artıq qol vurulmayıb. “Neftçi” ardıcıl iki görüşdə qol buraxmayıb. 

Qeyd edək ki, “Qarabağ” : “Neftçi” matçı bazar günü saat 20:30-da “Azersun Arena”da keçiriləcək. Görüş CBC Sportdan canlı yayımlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43