Premyer Liqa

“Qarabağ” “Neftçi”ni məğlub etdi

Bu gün Premyer Liqada 16-cı tura start veriləcək.

Bütün oyunlar bu günə nəzərdə tutulub.

Tura Qəbələdə start veriləcək. Burada "Qəbələ" "Simurq"u sınağa çəkəcək. AZAL doğma meydanda "Rəvan"la qarşılaşacaq.

Paytaxt klubu "Bakı" səfərdə "Sumqayıt"ın qonağı olacaq. Turun ən maraqlı oyunlarından biri "Şəfa" stadionunda baş tutacaq. Burada "İnter" və "Xəzər Lənkəran" münasibətlərinə aydınlıq gətirəcək. 

Turun mərkəzi görüşü isə "Qarabağ" və "Neftçi" komandaları arasında baş tutacaq. Tofiq Bəhramov adına respublika stadionunda keçiriləcək görüşdə qələbə qazanacaq komanda turu lider kimi başa vuracaq.

8 dekabr ( bazar)

Topaz Premyer Liqa, 16-cı tur

18:00. “Qarabağ” – “Neftçi” 3:1
QOL: 
Reynaldo, 6, 58, Kardozo, 56, Çumbinyo, 74

Hakimlər: Vüsal Əliyev, Namiq Hüseynov, Vaqif Musayev, Mahir Məmmədov

Əlavə köməkçi hakimlər: Ramil Əhmədov, Ramil Diniyev

Tofiq Bəhramov adına Respublika stadionu.

14:00. “Qəbələ” – “Simurq” 2:1
QOL: Subotiç, 52, 93, Amit Quluzadə, 65 (avtoqol)

Hakimlər: Rəhim Həsənov, Azər Əsgərov, Munis Abdullayev, Nail Nağıyev

Qəbələ şəhər stadionu.

16:00. AZAL – “Rəvan” 2:1
QOL: Hüseyn Axundov, 50, 
Şəhriyar Rəhimov, 90, 90+1.

Hakimlər: Orxan Məmmədov, Knyaz Əmiraslanov, Coşqun Həsənov, Sərxan İsmayılov

“AZAL Arena” stadionu.

17:00. “İnter” – “Xəzər Lənkəran” 0:0

Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Zeynal Zeynalov, Ömər Paşayev

Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, İnqilab Məmmədov

“Şəfa” stadionu.

17:00. “Sumqayıt” – “Bakı” 1:2
QOL: Mario Alvares, 5, 
Kalonas-pen. 50, Abranta Alvarez, 64

Hakimlər: Rauf Cabbarov, Rza Məmmədov, Nahid Əliyev, Tahir Əhmədov

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, süni örtüklü meydança.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43