27 Noyabr 2020
Kateqoriyasız

“Qarabağ” “Neftçi”nin rekordunu təkrarladı

“Qarabağ” mövsümdə ilk böyükhesablı qələbəsini qazanıb. Bu, VI turun “Qəbələ” ilə ev qarşılaşmasına təsadüf edib. Ağdam təmsilçisi 3:0 hesablı qələbə əldə edib.

“Köhlən atlar” ölkə çempionatlarında 108-ci dəfə üç və ya daha çox top fərqilə qalib gəlib. “Qarabağ” qatıldığı 29 mövsümdən 27-də hesabına böyükhesablı qələbə yazıb. Əyalət təmsilçisi yalnız 1993 və 2005/06 mövsümündə belə nəticə əldə etməyib.

Ağdam klubu bununla da “Neftçi”nin rekordunu təkrarlayıb. Paytaxt təmsilçisi 27 müxtəlif mövsümdə böyük hesabla qalib gəlməyi bacarıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Ramil Quliyev Tokio Olimpiadasına vəsiqə qazandı

admin

Nazarovdan möhtəşəm qol, komandası ilk turda qələbə qazandı – VİDEO

admin

Miçel 100-ə çatdı

admin