Ölkə futbolu

“Qarabağ” “Neftçi”ni məğlub etdi – Yenilənib

Təlim-məşq toplanışını Qəbələdə davam etdirən “Qarabağ” bu gün növbəti yoxlama oyununa çıxıb.

İdmanxeber.az-ın məlumatına görə, Ağdam təmsilçisi “Neftçi” ilə qarşılaşıb. Qəbələ şəhər stadionunda keçirilən matçda Qurban Qurbanovun yetirmələri qələbə qazanıb.

19:30 “Qarabağ” – “Neftçi” – 1:0
Qol: 
Bədavi Hüseynov, 50
Qəbələ şəhər stadionu

53-cü dəqiqədə “Qarabağ”dan Filip Ozobiç penaltini dəqiq yerinə yetirə bilməyib.

Qeyd edək ki, ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Qarabağ” bundan əvvəl keçirdiyi yoxlama oyunlarında “Keşlə”yə 3:1 hesabı ilə qalib gəlib, “Sabah”a isə 1:2 hesabı ilə məğlub olub. Avroliqa təmsilçimiz “Neftçi” isə “Sumqayıt”ı 3:0 hesabı ilə udub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43