Premyer Liqa

“Qarabağ” “Neftçi”yə meydan oxudu: “Əliyar Ağayevi istədiyiniz hakimlə əvəzləyin!”

Azərbaycan Premyer Liqasının 23-cü turunun sabah “Neftçi”yə qarşı keçiriləcək oyunu ilə əlaqədar “Qarabağ” paytaxt təmsilçisinə müraciət edib.

İdmanxeber.com klubun rəsmi saytına istinadən məlumatı diqqətinizə çatdırır:

“Premyer Liqanın XXIII turunda keçiriləcək “Neftçi”  – “Qarabağ”  oyununa  Əliyar Ağayev təyinat alıb.

Əliyar Ağayevin iki tur öncə idarə etdiyi  “Neftçi” – “Simurq” qarşılaşmasından sonra idarəçiliklə bağlı yaranmış narazılıq və bu gün “Neftçi” – “Qarabağ” görüşünün təyinatlarından sonra yaranmış ajiotajı nəzərə alaraq  “Neftçi” PFK-ya müraciət edirik:

“Neftçi” – “Qarabağ” matçına təyinatlar açıqlandıqdan sonra  Əliyar Ağayevlə bağlı yaranmış söz-söhbəti nəzərə alaraq  Əliyar Ağayevin istənilən hakimlə əvəz olunmasını təklif edirik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43