Kateqoriyasız

“Qarabağ” Nikosiyadakı qələbəyə görə nə qədər qazandı?

Ötən gün Kiprdə “Omoniya”nı məğlub edən “Qarabağ” UEFA-dan 500 min avro qazanc əldə edib.

İdmanxeber.az-ın məlumatına görə, UEFA Konfrans Liqasının qrup mərhələsində hər qələbə üçün komandalara 500 min avro vəsait ödəyir. “Köhlən atlar” “Bazel”lə oyundakı heç-heçəyə 166 min avro, Nikosiyadakı qələbə üçün isə 500  min avro qazanmaqla ümumilikdə iki oyuna 666 min avro qazanc əldə edib.

Qrupu ilk sırada bitirən klublar 650 min avro, ikincilər 325 min avro qazanacaq. 1/16 finala çıxanlara 300 min, 1/8 finala vəsiqə qazananlara 600 min avro ödəniləcək. Konfrans Liqasının qalibinə 8,9 milyon avro ödəniləcək.
Xatırladaq ki, “Qarabağ” əvvəlki mərhələlərdə isə 1 milyon 50 min avro əldə edib.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43