Kateqoriyasız

“Qarabağ” növbəti tarixi yazmaq üçün Kiprə yollandı – Fotolar

“Qarabağ” Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Norveç “Molde”si ilə matç üçün Kiprə yola düşüb.

İdmanxeber.az-ın məlumatına görə, Ağdam təmsilçisi çarter reysi ilə oyunun keçiriləcəyi Larnaka şəhərinə yollanıb.

Qeyd edək ki, sentyabrın 16-da “AEK Arena”da keçiriləcək “Qarabağ” – “Molde” oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bu cütün qalibi pley-off mərhələsində “Dinamo” (Zaqreb, Xorvatiya) – “Ferentsvaroş” (Macarıstan) duelinin qalibi ilə qarşılaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43