İdman

“Qarabağ” növbəti transferini gerçəkləşdirdi – RƏSMİ XƏBƏR

“Qarabağ” transfer pəncərəsinin son günündə heyətini daha bir futbolçu ilə gücləndirib.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, Ağdam təmsilçisi “Olimpiakos”un yarımmüdafiəçisi Tarik El Yunussini icarəyə götürüb. Norveç millisinin üzvü bu mövsümün sonuna kimi icarə əsasında “Qarabağ”da oynayacaq. Əsasən yarımmüdafiənin sol cinahında oynayan Elyunussi sağ cinah və hücum arxası mövqelərində də çıxış edir.

Qeyd edək ki, 28 yaşlı futbolçu peşəkar karyerasına Norveçin “Fredrikştad” klubunda başlayıb, daha sonra Hollandiyanın “Hereneven”, Norveçin “Lillström” və “Rusenburq”, Almaniyanın “Hoffenhaym” kimi klublarında oynayıb. Ötən ilin yayında isə El Yunussi “Olimpiakos”atransfer olunub. Norveç millisi ilə 43 oyuna çıxan Tarik el Yunussi 9 qolla yadda qalıb.

Xatırladaq ki, Enrike “Qarabağ”ın yay transfer pəncərəsində etdiyi 7-ci transferdir. Ağdam klubu buna qədər Abbas Hüseynov (“İnter”), Anton Kanibolotski (“Şaxtyor”), Yakub Rzejniçak (“Legiya”), Donald Gerye (“Alanyaspor”) və  Ramil Şeydayev (“Trabzonspor”) və Pedro Enrikeni (PAOK) heyətinə cəlb edib.  


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43