Kateqoriyasız

“Qarabağ”  Yunanıstandan qələbə ilə dönür

“Qarabağ” bu gün UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.

İdmanxeber.az xəbər verir ki, “köhlən atlar” Yunanıstanda “Olimpiakos”un qonağı olub. Qarşlaşma təmsilçimizin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Avropa Liqası, qrup mərhələsi3-cü tur

6 oktyabr

G qrupu

23:00 Olimpiakos (Yunanıstan) – Qarabağ 0:3

Qollar: Ovusu Kvabena, 68, Marko Veşoviç, 82, Ramil Şeydayev, 86
Hakimlər: İrfan Pelto, Davor Belyo, Damir Laziç, Antoni Bandiç (hamısı Bosniya və Herseqovina)
Yunanıstan. “Georgios Karaiskakis” stadionu

23:00 Frayburq (Almaniya) – Nant (Fransa) 2:0

Xal: Frayburq – 9.  Qarabağ – 6. Nant – 3. Olimpiakos – 0.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43