Kateqoriyasız

“Qarabağ” onlarla yolları ayırdığını rəsmən açıqladı

“Qarabağ” üç futbolçusu – qapıçı Vaqner da Silva, müdafiəçilər Ailton Silva və Faysal Rerrasla yolları ayırdığını rəsmən açıqlayıb.

İdmanxeber.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, oyunçuların başa çatan müqaviləsi yenilənməyib.

Qeyd edək ki, Vaqner da Silva 2018-ci ildən, Ailton və Faysal isə bu mövsümün əvvəlindən “Qarabağ”da çıxış edirdi. Ağdam təmsilçisi daha öncə hücumçu Maqaye Qeye ilə də vidalaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43