Kateqoriyasız

“Qarabağ” onun da göndərilməsinə səbəb ola bilər

Avropa Liqasında “Qarabağ”ın rəqibi olan APOEL-də komandadaxili gərginlik yaşanır.

İdmanxeber.az-ın məlumatına görə, Nikosiya klubunun çalışdırıcısı Tomaa Doll üçün “Qarabağ”la oyun sonuncu ola bilər. Belə ki, almaniyalı mütəxəssisin yeni köməkçi-məşqçi istəməməsi, rəhbərliyin isə tam əksinə olaraq “Doxa”nın sabiq baş məşqçisi Lukas Hacilukası Tomas Dollun əsas köməkçi təyin etməsinin ardından klubda qarışıqlıq yaranıb. Məhz bu səbəbdən də almaniyalı mütəxəssisin “Qarabağ” önündəki hər hansı bir uğursuzluqu onun komandadan göndərilməsi ilə nəticələnəcək.

Qeyd edək ki, APOEL qrup mərhələsinin IV turu çərçivəsində noyabrın 7-də “Qarabağ”ı qəbul edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43