Kateqoriyasız

“Qarabağ” onun gəlişinə sevindi

“Qarabağ”Avstriyada təlim-məşq toplanışını davam etdirir.  

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, dünən Avstriyanın “Horn” klubu ilə ilk yoxlama oyununa çıxan komanda bu gün istirahətdədir. Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov 13 günlük aradan sonra  futbolçulara istirahət şansı yaradıb.  Sabaha komandanın 2 məşqi nəzərdə tutulub.

Ötən yay avrokubok oyununda zədələnərək sıradan çıxan Cumbinyo da artıq komandanın düşərgəsindədir. Braziliyalı dünən “Qarabağ”ın məskunlaşdığı otelə gedib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43