Dünya futbolu

“Qarabağ” oyunu öncəsi “Qalatasaray”a şad xəbər

“Qarabağ”la yoldaşlıq matçı keçirəcək “Qalatasaray”ın zədələli futbolçuları heyətə qayıdıb.

İdmanxeber.az-ın məlumatına görə, komanda dünən Super Liqanın növbəti turu çrçivəsində oynanılacaq “Adana Demirspor” görüşünün hazırlıqlarına başlayıb. Heyətdə zədəli oyunçulardan Yusuf Demir və Fredrik Midtşö komandayla birgə hazırlıqlara qoşulub.

Dris Mertenslə Baran Akasaka isə xüsusi porqramla zalda çalışmalarını davam etdiriblər. Şiddətli baş ağrısı səbəbindən milli komandanın heyətindən çıxarılan Abdülkerim Bardakçı isə bir gün istirahətin ardından bu gün axşam saatlarında məşqlərə qoşulacaq.

“Qarabağ” – “Qalatasaray” matçı martın 26-da saat 20:00-da start götürəcək. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43