Dünya futbolu Kateqoriyasız

“Qarabağ” oyunu öncəsi “Vorskla”da maaş problemi yaşanır

“Qarabağ”ın rəqibi “Vorskla” klubunda ciddi maliyyə probleri yaşanır.

Ukrayna mətbuatının yaydığı xəbərlərə görə, “Vorskla” klubunun qapıçısı Boqdan Şust ölkə çempionatının son turundan sonra klubdakı maliyyə vəziyyəti barəsində açıqlama verib. O, klubun onlara borclu olduğunu bildirib:

“Bizə olan borclarının yalnız bir qismini verdilər. Klubun vitse-prezidenti problemlərin həll olunacağı desə də, bəzi aylardan olan borclar ödənilməyib. Bu suallar rəhbərliyə ünvanlansa daha da yaxşı olar. Bizə hazırda bunun üzərində işlədiklərini bildirirlər”.

“Qarabağ” – “Vorskla” görüşü oktyabrın 25-i Bakı Olimpiya Stadionunda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43