26 Avqust 2019
Ölkə futbolu

“Qarabağ” oyununa nə qədər bilet satılıb? – klubdan açıqlama

Çempionlar Liqasının 3-ci təsnifat mərhələsində keçiriləcək “Qarabağ” – APOEL oyununa bilet satışı davam edir.

İdmanxeber.az Ağdam klubunun rəsmi Feysbuk səhifəsinə istinadən xəbər verir ki, artıq 15 mindən çox bilet alınıb. Biletlərin qiymətləri sektorlar üzrə 2, 5, 10 və 50 AZN-dir.

Biletlərin satış məntəqələri:

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları

Gənclik və 28 Mall (iticket satış məntəqəsi)

Park Bulvar AVM (iticket satış məntəqəsi)

ASAN 2, 3 (Yasamal, Amay t/m)

İticket.az (onlayn)

Xatırladaq ki, “Qarabağ” Kiprdə APOEL-ə 2:1 hesabı ilə qalib gəlib. Avqustun 13-ü, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab matçı saat 20:30-da başlayacaq.

Oxşar xəbərlər

Mustafa Dənizlinin “sağ əli”: “Xəzər Lənkəran” azarkeşləri uğurumuzu küçələrdə qeyd edər”

admin

“Qarabağ”ın tarixi oyununa biletlərin qiyməti açıqlandı

admin

Əvəzedici heyətlərdə 5-ci turun hakim təyinatları açıqlandı

admin