Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab matçları çərçivəsində baş tutacaq “Qarabağ” – “Partizani” (Albaniya) qarşılaşmasından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı bəlli olub.
İyulun 16-da “Azersun Arena”nın mətbuat zalında Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov saat 18:30-da media mənsublarının önünə çıxacaq. Komandanın son məşqi isə saat 18:45-də Suraxanı qəsəbəsində yerləşən klubun bazasında baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.
“Partizani”nin baş məşqçisi Franko Lerda isə saat 19:45-də “Dalğa Arena”nın mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq. Albaniya təmsilçisinin son məşqi saat 20:00-da qarşılaşmanın keçiriləcəyi stadionda baş tutacaq.
İyulun 17-də keçiriləcək qarşılaşma saat 21:00-da start götürəcək. Komandalar arasında ilk matçda qolsuz heç-heçə qeydə alınıb.