Kateqoriyasız

“Qarabağ” – “Partizani” oyununun biletləri satışda

“Qarabağ” Çempionlar Liqasının I təsnifat mərhələsinin “Partizani” ilə cavab oyununun biletlərini satışa çıxarıb.

İdmanxeber.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, azarkeşlər bu gündən etibarən biletləri əldə edə bilərlər. Biletlərin qiymətləri sektorlar üzrə 2, 5, 10 və 50 AZN-dir.

Biletləri aşağıdakı satış məntəqələrindən almaq olar:

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları

Gənclik və 28 Mall (iticket satış məntəqəsi)

Park Bulvar AVM (iticket satış məntəqəsi)

ASAN 2, 3 (Yasamal, Amay t/m)

Qeyd edək ki, iyulun 17-də “Dalğa Arena”da keçiriləcək “Qarabağ” – “Partizani” oyunu yerli vaxtla 21:00-da başlayacaq. Albaniyadakı ilk matçda hesab açılmayıb


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Divizionda təyinatlar açıqlandı

admin

Patrik Andrade: “Qarabağ”dakı çıxışımın milliyə dəvət almağımda böyük rolu oldu”

admin

“Qarabağ”ın və “Neftçi”nin sabiq məşqçisi Ankara təmsilçisində

admin