Kateqoriyasız

“Qarabağ” paytaxt klubunu yola gətirməyə çalışır: Transfer düyünə düşdü

Premyer Liqanın lideri “Qarabağ”ın “Rəvan”ın futbolçusu Əlibəy Məmmədlini heyətinə qatmağı planlaşdırdığı haqda məlumat vermişdik.

İdmanxeber.com-un əldə etdiyi özəl məlumata görə, sözügedən keçid baş tutmaya bilər. Buna səbəb kimi gənc futbolçu üçün “Qarabağ”ın “Rəvan”ın istədiyi məbləği verməməsidi. 1997-ci il təvəllüdlü yarımmüdafiəçi bu keçidin lehinə olsa da, məxsus olduğu “Rəvan” klubu “Qarabağ”da istədiyi məbləği ala bilmir. 

Əgər Ağdam klubu paytaxt təmsilçisinin istədiyi pulu verə bilsə o zaman gənc futbolçu yeni mövsümdən “Qarabağ”da çıxış edəcək.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43