Ölkə futbolu

“Qarabağ” PFL və “Xəzər Lənkəran”ın “hə”sini aldı, Lənkəranda baş tutmalı olan oyun ləğv olundu – EKSKLÜZİV

Çempionluğu dünən "İnter"lə oyunda qələbə qazanaraq rəsmiləşdirən "Qarabağ" qızıl medallara son turda sahib çıxacaq. 

İdmanxeber.com-un etibarlı mənbədən əldə etdiyi məlumata görə, Lənkəranda baş tutmalı olan oyun Ağdam klubunun istəyi ilə Bakıda keçiriləcək.

Məsələylə bağlı PFL-in və Cənub klubunun "hə"si alınıb. "Köhlən atlar" səfərdəki matçı öz meydanında keçirərək, qızıl medallara da Bakıda, Respublika stadionuna sahib çıxacaq. 

Bir daha qeyd edək ki, Lənkəranda keçirilməli olan "Xəzər Lənkəran" – "Qarabağ" matçı Bakıda baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43