27 Sentyabr 2022
Ölkə futbolu

“Qarabağ” pis komanda ola bilməz”- “Ferenstvaroş”un hücumçusu

“Qarabağ” da bizim kimi əvvəllər Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. Bu səbəbdən də pis komanda ola bilməz”

İdmanxeber.az-ın məlumatına görə, bunu Macarıstanın “Ferenstvaroş” klubunun futbolçusu Frank Boli UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibləri “Qarabağ” barədə “Nemzetisport”a müsahibəsində deyib.

29 yaşlı hücumçu Çempionlar Liqasında asan matçın olmadığını bildirib: “Belə oyunlara ciddi hazırlaşmalıyıq. Rəqib haqqında həmin vaxtadək bütün məlumatları əldə edəcəyik. Amma hazırda fikrimizi çempionatın I turundakı “Puşkaş Akademiyası” ilə görüşə yönəltmişik. Bu olduqca vacib qarşılaşmadır”.

“Qarabağ” “Ferenstvaroş”a qarşı ilk matçını avqustun 3-də Bakıda, cavab qarşılaşmasını isə avqustun 9-da Budapeştdə keçirəcək.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

Ruslan Abışovdan “Betis” açıqlaması

admin

AZAL daha bir futbolçusu ilə yollarını ayırdı

admin

“İnter” – “Qaradağ Lökbatan”: CANLI YAYIM

admin